Dmanisi idmançıları Türkiyədə keçirilən beynəlxalq turnirdə uğur qazanıblar
Dmanisidən olan idmançılar avqustun 8-dən 10-dək Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq Kikboksinq K-1 turnirində uğurlu nəticələr göstəriblər.
Crossmedia.az xəbər verir ki, turnirdə əməkdar məşqçi Tuccar Əliyevin rəhbərlik etdiyi Dmanisi Kikboksinq K-1 klubunun 5 yetirməsi iştirak edib. Peşəkar kəmər uğrunda mübarizə aparan Dmanisi idmançılarından 4-ü turnirin qalibi olaraq kəmər qazanıb, 1 idmançı isə ikinci yeri tutub.
Yarışda 38 kq çəki dərəcəsində mübarizə aparan Yusif Nazarov, 35 kq-da Xəyal Hüseynov, 32 kq-da Xəyal Nəsibov və 22 kq-da Cəsur Hümbətov birinci yerə layiq görülüblər. 48 kq çəki dərəcəsində yarışan Əli Hüseynov isə ikinci yeri tutub.
Beləliklə, Dmanisi Kikboksinq K-1 klubunun bütün iştirakçıları turnirdə medal qazanaraq bölgəni uğurla təmsil ediblər.
11:11 18.08.2026
Oxunuş sayı: 56