Elm və texnologiya dünyasındakı kəşflər, kainatın sirli tərəflərini üzə çıxarmağa davam edir. Oktyabr ayı boyunca kosmosdan süni intellektə qədər bir çox sahədə əhəmiyyətli yeniliklər baş verib.
MARSDAN ENERJİ YIĞA BİLƏN BATAREYA
Çin Elm və Texnologiya Universitetinin alimləri, Mars atmosferindən enerji toplaya bilən və planetin sərt şəraitinə dözümlü yeni bir batareya hazırlayıb. Bu batareyanın 1350 saatdan çox işləyə bilməsi və sıfırdan 60 dərəcəyə qədər dəyişən temperatur şəraitində funksionallığını qoruması tədqiqatçıları sevindirib.
YARA SAĞALMASINI SÜRƏTLƏNDİRƏN TİKİŞ İPİ
Çində hazırlanan, maqneziumla zəngin, bioloji parçalanabilən tikiş ipi yaraya elektrik sahəsi təsiri ilə toxuma bərpasını artırır. Tədqiqatçılar, süni əzələ toxumalarında bu ipi sınaqdan keçirərək, 10 gün ərzində yaraların sürətlə sağaldığını aşkar ediblər.
YAXIN GÜNƏŞ SİSTEMİNDƏ YENİ PLANET
ESO-nun alimləri, Yerdən sonra ən yaxın ulduz sistemi olan Barnard Ulduzu ətrafında bir planet müşahidə edib. Alimlərin fikrincə, bir ili təxminən 3.15 Yer gününə bərabər olan bu planetdə yaşamaq mümkünsüzdür, çünki səth temperaturu 125 dərəcədir.
SÜNİ İNTELLEKT VASİTƏSİLƏ YENİ VİRUS KƏŞFLƏRİ
Sidney Universiteti və Çin Milli Elmlər Fondu tərəfindən yaradılan süni intellekt alqoritmi RNA tərkibli 161,979 yeni virus növünü təsbit edib. LucaProt adlı bu alqoritm mövcud virus məlumatlarını daha dəqiq təsnif etməyə imkan yaradıb.
DEPRESSİYA ÜÇÜN YENİ EV CİHAZI
Alimlər depressiya ilə mübarizədə evdə istifadə edilə bilən yeni bir cihaz hazırlayıb. Bu cihaz beyinin qərarvermə ilə bağlı sahələrinə zəif elektrik impulsları ötürür və depressiya simptomlarında nəzərəçarpacaq dərəcədə azalma yaradır.
Emil Bağızadə