Texnologiya

"Intel" vəziyyəti yaxşı deyil. Uzun müddətdir "NVIDIA" və AMD ilə rəqabətdə olan şirkət, sənayenin ən önəmli indekslərindən birində liderliyini itirdi. Bu dəyişiklik, süni intellekt və digər sahələrdəki yavaşlamanın ardınca gəldi.

Texnologiya sektorunda güc balansının dəyişməsini əks etdirən bu mühüm hadisə ilə "NVIDIA", Dow Jones Sənaye İndeksində (DJIA) "Intel Corp"un yerini aldı. Bu dəyişiklik indeksin üç aylıq yenilənməsi prosesində baş verdi.
Ümumilikdə bazarın vəziyyətini əks etdirən DJIA, komponentlərini bazar dəyəri və digər meyarlara əsasən yeniləyir. "NVIDIA"nın lider mövqeyə çıxması, xüsusilə süni intellekt sahəsi də daxil olmaqla, çiplərinə olan yüksək tələbdən qaynaqlanır.

"Intel"in indeksdən çıxarılması, yarımkeçirici sənayesindəki mövqeyini geri almaq üçün apardığı uzunmüddətli mübarizənin əksidir. Bir zamanlar Dow Jones-un əsas şirkətlərindən biri olan və indeksin 10%-dən çoxunu təşkil edən Intel, istehsal gecikmələri və məhsul problemlərindən sonra AMD və "NVIDIA" kimi rəqiblərinə uduzdu.

Şirkət son dövrlərdə bərpa əlamətləri göstərsə də, bu dəyişiklik "Intel" üçün ciddi itki kimi qiymətləndirilir. Şirkətin son rüblük maliyyə hesabatı da süni intellekt sürətləndirici çipi Gaudi 3-ün gözləniləndən daha az satışı ilə təsirləndi. Intel süni intellekt çipi ilə bağlı 500 milyon dollarlıq gəlir hədəfini geri götürdü.

Liderliyini yenidən ələ keçirmək üçün Amazon kimi şirkətlərlə müqavilə əsasında çip istehsalına diqqət yetirir. Amazonun məlumat mərkəzləri üçün "Intel 3" prosesi ilə xüsusi server çipləri istehsal edəcək. Ardınca isə bulud texnologiyası üçün 18A arxitekturası üzərində xüsusi çip hazırlamağı planlaşdırır.

Emil Bağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il