"OpenAI" böyük dil modelləri ilə texnologiya dünyasında səs gətirməyə davam edir. Şirkət son olaraq "GPT4o" və o1 modellərini təqdim etdikdən sonra, indi də dekabr ayında Orion kod adlı yeni nəsil süni intellekt modelini istifadəyə verməyi planlaşdırır.
Orion "OpenAI"nin indiyə qədərki ən güclü modeli olacaq. Şirkət daxilində "GPT-4"ün varisi olaraq görülən Orionun, "GPT"4-dən 100 dəfə daha güclü olduğu bildirilir.
"OpenAI"nin son iki modelindən fərqli olaraq, Orion ilkin mərhələdə ChatGPT vasitəsilə geniş auditoriyaya təqdim edilməyəcək.
Əvəzində, şirkət əvvəlcə yaxın iş tərəfdaşlarına istifadə istifadə imkanı verəcək. Bu tərəfdaşlar Orion-dan istifadə edərək öz məhsul və xüsusiyyətlərini inkişaf etdirə biləcəklər.
Orionun OpenAI daxilində "GPT4"-ün varisi kimi görülməsinə baxmayaraq, şirkətin onu "GPT5" adı ilə təqdim edib-etməyəcəyi hələ dəqiqləşməyib.
Bildirilib ki, Orion "OpenAI"nin sentyabr ayında təqdim etdiyi o1 məntiq modeli ilə ayrı bir inkişaf prosesidir.
Şirkətin uzunmüddətli hədəfi isə belə inkişaf etmiş modelləri birləşdirərək süni ümumi intellekt (AGI) yaratmaqdır.
Emil Nağızadə