Ölkəmizdə dünyanın ən mötəbər və kütləvi tədbirlərindən biri – BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu konfransı keçirilir. Dünyanın 200-ə yaxın ölkəsinin yekdil səsverməsi ilə COP-29-a ev sahibliyi edən Azərbaycan dünyanı Bakıya toplaya bildi. Tədbir, müzəffər Ali Baş Komandan İlham Əliyevin, hələ Vətən müharibəsi dövründən bizlərə tanış olan “Mən nəyi deyirəmsə, onu da edirəm” ifadəsini bir daha yada salır. Azərbaycan planlaşdırdığı, qarşıya məqsəd qoyduğu kimi COP29-a ən yüksək səviyyədə ev sahibliyi etməklə dünyanın mərkəzi olmağı bacardı. Artıq, dünyanın nizamının qurulmasında ölkəmizin yaxından iştirakı labüd və qaçılmazdır. Azərbaycan Prezidenti İlham Əliyevin: "COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında razılığın tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun" fikirləri də bunun bariz nümunəsidir.
COP29-un ölkəmizdə keçirilməsinə yekdilliklə səs verən dövlətlər, Azərbaycanın sülhpərvər, beynəlxalq çağırışlara sadiq, beynəlxalq hüquq və normalara hörmətlə yanaşan, qonaqpərvər bir dövlət, xalq olduğunun canlı şahididirlər. ÖLKƏMİZİN QISA MÜDDƏTDƏ SÜRƏTLİ TƏRƏQQİSİ, BMT QƏTNAMƏLƏRİNİ TƏKBAŞINA İCRA EDƏRƏK, ÖZ ƏRAZİ BÜTÖVLÜYÜNÜ TƏMİN ETMƏSİ, BU PROSESDƏ, ERMƏNİLƏRDƏN, ERMƏNİSTANDAN FƏRQLİ OLARAQ MÜLKİ İNSANLARA BEYNƏLXALQ QAYDALARA UYĞUN, HÖRMƏTLƏ YANAŞMASI DÜNYAYA YENİ BİR NÜMUNƏ TƏQDİM ETDİ. Məhz, qısa zamandə əldə edilən uğurların, həyata keçirilən uğurlu xarici siyasətin nəticəsidir ki, COP29-un Liderlər Sammitinin açılış mərasimində BMT-nin Baş katibi A.Quterreş "COP29 iqlim maliyyəsi yolundakı divarları dağıtmalıdır. İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏR BAKINI BOŞ ƏLLƏ TƏRK ETMƏMƏLİDİRLƏR...” deyə, dünya dövlətlərini Azərbaycanla münasibətlər qurmağa səsləyib.
Qeyd edilənlər ölkəmizin strateji hədəflərinin reallaşması, iqtisadi inteqarsiya proses-lərinin daha da sürətlənməsi və şaxələnməsi yolunda ölduqca mühüm əhəmiyyətə malikdir. “Əsrin müqaviləsi” ilə dünyaya açılan Azərbaycan Respublikası,cəmi 30 il ərzində dünyanın enerji təhlükəsizliyində aparıcı tərəfdaşa, mühüm nəqliyyat-tranzit qovşağına və nəhayət dünyanın nizamını düzənləyən bir dövlətə çevrilməkdədir. Bütün bunlar, bünövrəsini “Əsrin müqaviləsi”ndən götürərək proqram təminatlı inkişafla davam edən, konkret regional və sahəvi proqramların uğurla reallaşdırılması ilə öz təhlükəsizliyini, ərazi bütövlüyünü təmin edən uğurlu strategiyanın, uzaqgörən siyasətin bariz nəticələridir.
Bəzi dairələrin, Fransanın, Ermənistanın və s. əleyhinə ciddi təbliğat apardığı bir vaxtda COP29 çərçivəsində dünyanın Bakıda cəmləşməsi, BMT, Dünya Bankı və s. kimi aparıcı beynəlxalq təşkilatların Bakıdan dünyaya çağırışlar etməsi adamı çox qürurlandırır. Həm də Ümummilli lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” fikirlərinin reallığını çılpaqlığı ilə ortaya qoyur. Necə deyərlər, DÜNYANIN SƏHƏRİ BAKIDA AÇILIR, AZƏRBAYCAN COP29 MƏQSƏDİNƏ DƏ ÇATDI. UĞURLAR QALİB ÖLKƏM, UĞURLAR QALİB XALQIM, UĞURLAR MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIM!
Cross Media Analitik Qrupu