Energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Bakıda səfərdə olan Avropa Komissiyasının Enerji üzrə Baş Direktoru Ditte Juul Jorgensen ilə görüşüb.
Crossmedia.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, Ditte Juul Jorgensen ilə görüşdə Azərbaycanın enerji təchizatında etibarlı tərəfdaş olduğu və Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edildiyi qeyd olunub.
Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzrə mövcud vəziyyət, eləcə də Enerji Dialoqu və Məşvərət Şurası çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər müzakirə edilib. Görüşdə Azərbaycandan Avropaya “yaşıl enerji”nin tədarükü üzrə hazırda həyata keçirilən “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”, eləcə də “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə inkişaf prosesləri diqqətə çatdırılıb. Avropa şirkətlərinin “yaşıl enerji” infrastrukturlarının qurulması və Xəzər dənizində külək enerjisinin istehsalı-ixracı və istehlakçılara çatdırılması istiqamətlərində iştirak imkanlarından bəhs edilib.
Söhbət zamanı COP29-un enerji təşəbbüsləri və birgə keçiriləcək tədbirlərlə əlaqədar fikir mübadiləsi aparılıb.