Səhiyyə

Bugünki dövrün ən aktual məsələlərindən biri də texnoloji cihazlara olan tələbatdır. Dünyanın hər yerində yayılaraq inkişaf edən texnologiyanın görünməyən üzü də var. Texnologiya və sosial şəbəkələrin əsrinə çevrilməmək üçün bizim çıxış yolumuz rəqəmsal detoksu həyatımıza tətbiq etməkdir. Rəqəmsal detoks insanın müəyyən bir müddət ərzində texnoloji cihazlardan uzaq qalmasıdır. Bu, insanların texnologiyadan həddindən artıq istifadə etməklə bağlı yaranan stressi və mənfi təsirləri azaltmaq, həmçinin real həyatda daha çox fiziki və sosial əlaqələr qurmaq üçün edilir. Rəqəmsal detoks, fərdi rahatlama və zehni sağlamlıq üçün əhəmiyyətli hesab olunur və diqqəti artırmağa, yuxu keyfiyyətini yaxşılaşdırmağa, yaradıcılığı inkişaf etdirməyə kömək edə bilər.


Bu barədə sosioloq Lalə Mehralı Crossmedia.az saytına açıqlamasında bildirir ki, rəqəmsal detoks etmək çağımızda vacib bir addımdır: 


"Sosial şəbəkələr və digər onlayn platformalar əyləncəli və faydalı ola bilsə də, onlardan həddindən artıq istifadə etmək bizi real dünyadan uzaqlaşdıra və insanlarla qurduğumuz həqiqi əlaqələri zəiflədə bilər".


Sosioloqun sözlərinə görə, real ünsiyyəti təşviq etmək, ailə və dostlarla dərin, mənalı söhbətlər etmək daha keyfiyyətli bir həyat tərzini təmin edə bilər:

"Rəqəmsal detoksun bir hissəsi olaraq, birgə oyunlar, açıq havada gəzintilər və ya yaradıcılıq tələb edən layihələr kimi fəaliyyətlər təşkil etmək həm maraqlı, həm də faydalı olar. Bunlar yalnız bizim deyil, ətrafımızdakı insanların da psixoloji və emosional sağlamlığına müsbət təsir göstərir. Ətrafımızdakılarla ünsiyyəti detoksun bir parçası etmək və bu anlayışı geniş yaymaq cəmiyyətdə daha yaxşı balans yaratmağa kömək edə bilər", -deyə Lalə Mehralı vurğulayıb. 


Ləman Məmmədova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il