Türkiyədə hər il 2 min 500 ilə 3 min yeni uşaqlıq yaşında xərçəng halı müşahidə olunur. Bunların təxminən 30%-i isə qan xərçəngi xəstələridir. Mütəxəssislərə görə, vaxtında və düzgün müalicə ilə bu xəstələrdə müsbət nəticələr əldə etmək mümkündür. İstanbul Universiteti Onkologiya İnstitutunun müəllimi və Uşaq Hematologiya Onkologiya mütəxəssisi Prof. Dr. Rejin Kebudi, Türkiyədə qan xərçənginin bir çox növündə 90%-ə qədər tam sağalma şansının olduğunu bildirib.
Amerika Klinik Onkologiya Cəmiyyətinin 2018-ci ildə "Beynəlxalq Onkologiyada Qadın Lider və Mentor Mükafatı"na layiq gördüyü Kebudi, uşaqlıq yaşında xərçənglərin erkən diaqnozunun vacibliyi, müalicə uğur nisbətləri və yeni yanaşmalarla bağlı fikirlərini bölüşüb.
Prof. Kebudi uşaqlıq yaşında ən çox qan xərçəngi, beyin şişləri, limfoma, nöroblastom, böyrək şişləri, yumşaq toxuma və sümük xərçənginin görüldüyünü açıqlayıb.
Kebudi uşaqlıq yaşında ən çox rastlanan pis xarakterli göz içi şişlərində erkən diaqnozla həm xəstənin həyatının, həm də orqanının xilas edilə biləcəyinə diqqət çəkib və qan xərçənginin ən çox tədqiq edilən şiş növü olduğunu vurğulayıb.
O, uşaqlıq yaşında xərçənglərin müalicə uğur nisbətlərinin çox yüksək olduğunu qeyd edərək: "Gelişmiş ölkələrdə hal-hazırda uşaqlıq yaşında xərçəng keçirmiş xəstələrin 80%-i tamamilə sağala bilər. Bu çox böyük bir nisbətdir. 1960 və 1970-ci illərdə bu nisbət 20%-lərdə idi", – deyə əlavə edib.
Türk Pediatrik Onkologiya Qrupunun xərçəng qeydiyyatı və sağ qalma məlumatlarına görə, Türkiyədə uşaqların 71%-i tamamilə sağalır. Bu, bütün dünya üzrə çox əhəmiyyətli bir göstəricidir.
Kebudi multidisipliner yanaşmalarla İstanbul Universitetindəki bəzi mərkəzlərdə bu nisbətin daha yüksək olduğunu bildirərək, erkən diaqnozun və zamanında düzgün müalicənin uşaqlıq yaşında xərçənglərin böyük hissəsinin sağalmasına imkan verdiyini qeyd edib.
Müayinə testləri olmadığı üçün erkən əlamətlərin əhəmiyyəti artır
Yetkinlərdə döş və prostat xərçəngləri üçün müayinə testlərinin olduğunu bildirən Kebudi, uşaqlıq yaşında xərçənglər üçün müayinə testlərinin olmadığını və bu səbəbdən erkən əlamətlərin bilinməsinin vacib olduğunu vurğulayıb.
Prof. Dr. Kebudi belə davam edib: "Sağlamlıq Nazirliyinin 2019-cu ildə dərc etdiyi verilərə görə, uşaqlıq yaşında xərçənglərin insidansı 1 milyon uşaqda 140-dır. Yəni, 1 milyon uşaqdan 140-ı xərçəngə tutulur. Uşaqlıq yaşında xərçəng görmə sıxlığı artırmı? ABŞ verilərinə görə, 1975-dən 2016-ya qədər hər il az miqdarda bir artım var. 2016-cı ildən sonra isə burada bir artım yoxdur. Yəni hər il görülen uşaqlıq yaşında xərçəng sayı, qan xərçəngi də eyni şəkildə, təxminən bənzər nisbətdədir. Türkiyədə hər il 2 min 500 ilə 3 min yeni uşaqlıq yaşında xərçəng halı müşahidə olunur. Bunların təxminən 30%-i qan xərçəngi xəstələridir. Qan xərçənglərinin bu gün üçün bir çox növündə, 90%-ə qədər tam sağalma şansı mövcuddur. Əlbəttə, burada uşağın yaşı, cinsi, qan analizindəki bəzi dəyərlər kimi bir çox amil vacibdir. Xüsusilə son illərdə artıq molekulyar genetik testlərlə daha riskli qrupları müəyyən edə bilirik."
Kebudi, qan xərçəngi əlamətləri arasında solğunluq, halsızlıq, tez-tez yüksək hərarət, keçməyən infeksiyalar, dəridə göyərmələr, burun qanaması, diş əti qanaması, sümük ağrıları, limfa düyünlərində şişkinliklərin olduğunu bildirib.
Test və müalicələrin Sağlamlıq Nazirliyinə bağlı xəstəxanalarla universitet xəstəxanalarında pulsuz olduğunu bildirən Kebudi, "Vaxtında və düzgün müalicə edilərsə, uşaqlıq yaşında xərçənglərin əksəriyyəti sağalır. Xərçəng müalicəsi çətin və bahalıdır. Bunun tamamilə ailələr tərəfindən qarşılanması mümkün deyil. Buna görə də, ölkəmizdə bunların tamamilə dövlət tərəfindən qarşılanması bizim uğurumuzu böyük dərəcədə artırmışdır" – deyə qeyd edib.
Prof. Dr. Kebudi dünyada da uşaqlıq yaşında xərçənglərdə müvəffəqiyyətin artırılması üçün erkən diaqnozun qoyulması, vaxtında və düzgün müalicə edilməsi, diaqnoz və müalicənin Türkiyədə olduğu kimi tamamilə pulsuz qarşılanması lazım olduğunu vurğulayıb.
Qan xərçəngi müalicəsində əsas uğurun kimoterapi ilə əldə edildiyini bildirən Kebudi, sümük iliyinin transplantasiyasını tələb edən daha kiçik bir yüksək riskli qrupun olduğunu qeyd edib.
Kebudi beynəlxalq səviyyədə də bir sıra tədqiqatlarda iştirak etdiklərini bildirərək, belə deyib: "Beynəlxalq Pediatrik Onkologiya Cəmiyyəti və Dünya Səhiyyə Təşkilatı ilə birgə mühüm bir araşdırma aparılır. Uşaqlıq yaşında xərçəng müalicəsində uğurun aşağı olduğu Afrika, Asiya və bəzi Latın Amerikası ölkələrində bu nisbət 20-30%-lərdədir. Türkiyədə isə bu nisbət 70%-lərə yüksəlib, amma hələ də bu ölkələrdə çox aşağıdır. 2030-cu ilə qədər, sağ qalım nisbəti aşağı olan ölkələrdə bu oranı ən azı 60%-ə çıxarmaq məqsədi güdürük. Çünki, əgər erkən diaqnoz qoyulsa və yaxşı müalicə edilərsə, bu uşaqların böyük əksəriyyəti sağ qala bilər. Bunlardan biri də qan xərçəngidir. Bu günlərdə Lösemili Uşaqlar Həftəsi olduğu üçün, Türkiyədəki uğurumuzun yanında bütün dünyanın uğuru üçün də çalışmalıyıq.
Nərgiz Orucova