Səhiyyə

Panik atak anidən gələn, insanı həyacan və qorxuya salan təşviş pozuntusudur.

Bu mövzu haqqında Psixoloq Aytən Ələkbərova qeyd edib ki, bəzi insanlar öncədən yaşadıqları təşviş təkrarlandıqda stress hormonunun artmasına gətirib çıxarır.  Kortizon hormonu da mütəmadi olaraq artdığı zaman yaranan təşvişin sonu panik ataka gətirib çıxaracaq.

A.Ələkbərova əlavə olaraq bunu qeyd edib:

"Panik atak zamanı meydana gələn ürəkbulanması, nəfəs darlığı, tərləmə və baş fırlanması kimi əlamətləri bəzən "Vertiqo xəstəliyi" və ya "Qan təzyiqi" ilə əlaqəli hesab edirlər. Ancaq bunları qarışdırmak olmaz".

Psixoloq A.Ələkbərova panik atağın müalicə üsullarından da bəhs edib:

"Kortizon hormonunu  nəzarətdə saxlamaq lazımdır ki, daha sonra panik atağın ən ağır vəziyyətinə düşməsinlər.  Panik atak mütləq şəkildə psixiatrın müalicəsi və psixoloqun korreksiyası ilə davam etməlidir. Nəticə olaraq qeyd etdiyim əlamətləri özündə görən insanlar mütəxəssisə müraciət etsinlər".

Psixoloq Helin Şadfar isə panik atakın əlamətlərini belə qeyd edib:

"Ürəyin tez-tez atmasıyla başlayan,göz qaralması,nəfəs darlığı ilə özünü göstərən və zaman-zaman təkrarlanan bir sıxıntıdır. Bu zaman sakit qalmaga çalışmaq, nəfəs məşqləri edərək situasiyanı yüngüləşdirmək mümkündür. 30-40 dəqiqə arası davam edir. Düşünürəm ki, erkən yaşlar da basdırılmış duygular və düşüncələr irələyən zaman da panik atağa səbəb ola bilər".

Əlamətləri:
•titrəmə,tərləmə
•baş dönməsi
•ürəyin tez-tez atması
•huşunu itirəcəyini hiss etmək
•ağlını itirəcək qorxusu
•öləcəyini düşünmək

Aysel Ağakərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il