Səhiyyə

İş yerlərində zorakılıq əməkdaşların psixoloji və fiziki sağlamlığına ciddi zərər vuran, məhsuldarlığı və iş mədəniyyətini aşağı salan bir problemdir. Psixoloji təzyiq, həddindən artıq iş yüklənməsi və təhqiramiz davranışlar kimi zorakılıq formaları işçilərdə tükənmişlik sindromu və özgüvənsizlik yaradır. Bu isə əməkdaşların motivasiyasını azaldaraq, həm onların şəxsi həyatına, həm də iş mühitinə mənfi təsir göstərir. Zorakılığın səbəb olduğu psixoloji  zərərləri aradan qaldırmaq üçün hansı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı psixoloq Sibel Piriyeva Crossmedia.az-a açıqlamasında bildirib: "İnsanın həyatında mühüm rol oynayan sahələrdən biri də iş həyatıdır. İş insanın böyük bir hissəsini əhatə etdiyi üçün insanlar bu mövzuda düzgün seçimlər etməlidir. Bəs düzgün seçim necə edilə bilər?"

İşin şəxsin xarakterik xüsusiyyətlərinə və potensialına uyğun olmasının vacibliyini qeyd edən Sibel Piriyeva, insanın özünə hansı sualları verərək uyğun iş tapmağın yollarından danışıb. O qeyd edir ki, "İnsan özünə sual verməlidir: Açıq yerlərdə işləməyi sevir, yoxsa qapalı yerlərdə? Kollektivdə işləməyi xoşlayır, yoxsa fərdi? Hərəkətli işləri sevir, yoxsa oturaq işləri? Bu xüsusiyyətlərə əsasən insan, ona uyğun işi seçərək onu sevərək və enerji ilə işləyə biləcək bir işə sahib ola bilər.

İş yerində zorakılığın əməkdaşlara təsiri də ciddi bir məsələdir. İş yerində hər kəsin öz vəzifələri var. Bəzən yuxarı təbəqədə olanlar aşağı təbəqədəki işçilərdən daha çox iş tələb edir, onların potensialından həddindən artıq istifadə edir və ya bacarıqlarını qiymətləndirməyərək onları ruhdan salırlar. Bu isə işçilərdə özgüvənsizlik yaradır və tükənmişlik sindromu və ya emosional yanma sindromuna səbəb olur. Bu sindromlar depressiyaya bənzəsə də, fərqlidir.

İş yerində zorakılıq yalnız fiziki və ya şifahi deyil, eyni zamanda psixoloji ola bilər. Bir işçinin özünə olan inamını sarsıtmaq, ona həddindən artıq çox iş tapşırmaq və uyğun olmayan bacarıqlar tələb etmək psixoloji təsir göstərir. Hətta bəzi hallarda iş yerində cinsi və psixoloji zorakılıq da ola bilər ki, bu da işçiyə mənfi təsir göstərir.

Bu problemləri aradan qaldırmaq üçün ilk növbədə insanlar iş xüsusiyyətlərinə diqqət etməlidir: Hansı iş onlara uyğundur? İkincisi, öz sərhədlərini müəyyənləşdirməlidirlər. Bacarıqlarına və vəzifələrinə uyğun davranmalı, onlardan əlavə bacarıqlar tələb edildikdə "yox" deməyi bacarmalıdırlar. Bu sərhədləri yalnız iş həyatında deyil, bütün hallarda tətbiq etməlidirlər".

Nərgiz Orucova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il