Səhiyyə

Son bir neçə aydır populyarlıq qazanan Dubay şokoladı ilə bağlı yeni və xoşa gəlməyən xəbərlər yayılıb. Məlum olub ki, fərqli teksturası ilə seçilən bu desert sağlamlıq üçün ciddi təhlükə yarada bilər. 

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən həkim-dietoloq, ölkənin yeganə diet kitablar müəllifi Leyla Zülfüqarlı Dubay şokoladı haqqında çox insanın bilmədiyi nüanslara toxunub:

“Bu, şokolad deyil, desert növüdür. Deserti hər gün yeməyi tövsiyə etmirəm. Desertə olan tələbat həftədə maksimum 1 və ya 2 dəfə olmalıdır. Tərkibinə nəzər salsaq, çox yüksək kalorili olduğunu görərik. Desertin tərkibindəki püstə əzməsi allergiyası olmayan insanlarda belə allergik reaksiyalar yarada bilər. Kadayıf xəmirinin də apardığı proses orqanizm üçün zərərli hesab olunur. Belə ki, zülal ilə şəkərin bir yerdə yandırılması prosesi hüceyrə mübadiləsinin ləngiməsinə, hətta hüceyrənin funksiyasının itirilməsinə səbəb ola bilər”.

Dietoloq şokolad seçimi mövzusunda insanları diqqətli olmağa çağırıb:

“Şokolad örtüyünün orijinallığı çox vacibdir. Dietoloq olaraq hər zaman tövsiyəm odur ki, doğru şokolad seçmək lazımdır. Bu şokolad isə tünd şokoladdır. Onun tərkibində yalnız kakao yağı olması və şəkər faizinin aşağı olması əsasdır. Ümumiyyətlə, bu deserti aludə olmaq üçün yox, sadəcə dadına baxmaq üçün yemək məsləhətdir”.

Gülay Məmmədova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il