ABŞ-də aparılan araşdırmada alimlər, insanların beyin hüceyrələri kimi, böyrək və sinir toxuması hüceyrələrinin də xatirələri saxladığını aşkar ediblər. ABŞ-nin Nyu-York Universitetində aparılan tədqiqatda, xatirələrin yalnız beyində deyil, bədənin digər bölgələrində də saxlanıldığı müəyyən olunub.
Araşdırmada alimlər beyin hüceyrələri arasında məlumat ötürən "nörotransmitter" adlı kimyəvi maddələr kimi, sinir toxuması və böyrəkdən alınan hüceyrələrin fərqli kimyəvi maddələrə necə reaksiya verdiyini incələyiblər.
Alimlər bu hüceyrələri müəyyən bir müddət müxtəlif kimyəvi siqnallara məruz qoyaraq, "xatirə saxlayan genin" nə zaman aktivləşəcəyini izləyiblər.
Bunun üçün mütəxəssislər, nümunə alınan böyrək və sinir toxuması hüceyrələrini reaksiya verdikdə parlayan bir protein istehsal edəcək şəkildə dizayn ediblər.
Araşdırmanın nəticələrinə görə, müəyyən müddət ərzində müxtəlif kimyəvi siqnallar alan bu hüceyrələr, beyin hüceyrələrinin xatirələri saxlamak üçün göstərdiyi davranışı sərgiləyərək "xatirə saxlayan geni" aktivləşdirib.
Araşdırmanın baş müəllifi Nikolay Kukuşkin verdiyi açıqlamada, "öyrənmə və xatirə saxlama qabiliyyətinin adətən beyin və beyin hüceyrələri ilə əlaqələndirildiyini, lakin bu tədqiqatın bədəndəki digər hüceyrələrin də eyni şeyi edə biləcəyini göstərdiyini" bildirib.
Kukuşkin, araşdırmanın yaddaşın necə işlədiyini anlamaq və yaddaş problemlərini müalicə etmək üçün yeni fürsətlər yaratdığını qeyd edib.
Araşdırmanın nəticələri "Nature Communications" jurnalında dərc edilib.
Nərgiz Orucova