Səhiyyə

Hər birimiz həyatımızda bir dəfə də olsun "xalxın uşağı" ifadəsini eşitmişik. Valideynlər başqasının övladının müsbət xüsusiyyətlərini iş, təhsil, və digər sahələrdəki uğurlarını dəfələrlə övladlarına nümunə çəkir,  onlar ilə müqayisə edir və irad tuturlar. Bu müqayisə isə onların gələcək həyatına təsir edir.

"Xalxın uşağı" ilə müqayisənin  təsiri ilə bağlı psixoloq Ezgi Şahin Crossmedia.az-a açıqlama verib. Psixoloq bu müqayisənin uşaqların özgüvənini zədələdiyini qeyd edib:

"Valideynlərin əksəriyyəti bu müqayisədə qarşı tərəfi əzir və övladının özgüvənini zədələyirlər. Bəzi uşaqlarda özgüvən əksikliyinin olmasının əsas səbəbi onların digər uşaqlarla müqayisə edilmələridir.  Valideynlər uşaqları kiçik yaşlardan bacarıqlı olan digər yaşıdları ilə qarşılaşdırırlar. Onlar bilmirlər ki , hər uşağın özünəməxsus qabiliyyəti var.  Bir uşaq idmanda yaxşı ola bilər, digəri isə rəsmdə. Valideynlər çox vaxt bunu qəbul etmir. İstəyirlər ki, övladları sırf onların istədiyi sahədə bacarığa sahib olsun". 

Psixoloq bildirir ki, bu nüanslar uşaqları gərginləşdirir:

"Onlar həmişə  yaşıdlarından üstün olmağı istəyirlər. Bu zaman uşaqda yetərsizlik düşüncəsi yaranır. Bu düşüncə yetkinlik dövrünə kimi davam edir. Onlar daim qarşı tərəfin razılığını istəyir, "Mən yaxşıyam, hə?" "Mən, səncə, bunu bacarıram?" tipli suallar verirlər. Qarşı tərəfdə görür ki ,bu insan özgüvənsizdir. Kiçik  yaşlarından başqaları  ilə müqayisə olunan bu tip insanlar iş  olurlar,daim danışmaq istəyirlər. Səbəb isə insanlardan özləri haqqında təriflər almaqdır".

Zeynəb Mustafazadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il