"Səbail" Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.
Crossmedia.az xəbər verir ki, bu məğlubiyyətdən sonra "Səbail"in baş məşqçis istefa qərarını mətbuat konfransında açıqlayıb. O, açıqlamasında belə deyib:
"Oyun haqda danışmalı bir şey yoxdur. Rəhbərliklə görüşdüm və öz xahişimlə istefa verdim. Nəyisə dəyişmək istədim, amma bundan sonra dəyişiklik üçün özümə güvənmirəm. Futbolçulara təşəkkür edirəm, hər oyunda vuruşdular. Bu, futboldur və hər şey ola bilər."