İdman gimnastikası üzrə Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Velvet Road” beynəlxalq turnirində bürünc medal qazanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Nikita Simonov, Mənsum Səfərov, Rəsul Əhmədzadə və İvan Tixonovdan ibarət heyət 3-cü yeri tutub.