Bu gün Misli Premyer Liqasında XIII tura yekun vurulub.
Crossmedia.az xəbər verir ki, son oyun günündə iki matç baş tutub.
Bu oyunlardan sonra milli komandaların görüşləri ilə əlaqədar fasiləyə hansı komandanın zirvədə gedəcəyi müəyyənləşib. Liderlik uğrunda mübarizə aparan "Araz-Naxçıvan" öz meydanında "Sumqayıt"la qarşılaşıb. Qarşılıqlı hücumlarla keçən oyunun taleyini 1 qol həll edib. Elmar Baxşıyevin komandası 86-cı dəqiqədə qələbə qolunu vuraraq üstünlük qazanıb.
Son çempion "Qarabağ" isə turnir cədvəlinin üst sıralarında olan "Zirə" ilə qarşılaşıb. Erkən qol vuran Ağdam təmsilçisi oyunu böyükhesablı qələbə ilə tamamlayıb.
Qeyd edək ki, növbəti XIV turun oyunları noyabrın 22-24-də keçiriləcək.