Hadisə

Bu gün həyatımızı süni intellektsiz təsəvvür etmək mümkünsüzdür. Süni intellekt həyatımızın bir çox sahəsində olduğu kimi artıq tibb sahəsinə də müdaxilə edib. Bəs süni intellekt tibbə necə təsir edir?

Mövzu ilə bağlı tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl Crossmedia.az-a açıqlama verib:

"Bu gün süni intellektdən insanların populyar düşüncələrinin əksinə olaraq, başqa şəkildə istifadə edirlər. Yəni bir çox insan düşünür ki, süni intellekt diaqnoz qoymaq üçün insanlara yardımçı olacaq. Onlar orada oturacaqlar və dərdlərini danışacaqlar. Nəticədə də süni intellekt onların hansı diaqnoz və müalicə üslunun olduğunu söyləcək. Lakin bu yanlışdır, süni intellekt bunun üçün istifadə olunmur".

Vasif İsmayıl süni intellektin daha çox tibbi səhvlərin ortadan qaldırılması üçün istifadə olunduğunu vurğulayıb. O, fikirlərini keçirdiyi təcrübəsinə əsaslanaraq, izah edib:

"Mən özüm də yaxınlarda bir konfransda iştirak etdim. O konfransda süni intellektin istifadəsi zamanı meydana çıxan "patient consent"(xəstə razılığı) məsələsi ələ alınıb.

Burada prinsip ondan ibarətdir ki, xəstəyə, xəstəliyinin və keçirəcəyi əməliyyatın detallarını süni intellektdəki avatar(rəsm) başa salır. Nəyə görə normal həkim deyil də, avatar başa salır? Çünki süni intellekt, hər xəstənin onu anlayacağı şəkildə məlumat verir. Bu məsələdə çox irəli getdikləri müşahidə olunur".

V.İsmayıl, Londonda şahidi olduğu proseslə bağlı öz fikirlərini paylaşıb:

"Süni intellektdən müəyyən xəstəliklər haqqında məlumatlar öncədən yüklənirdi. Daha sonra xəstə, xəstəxanaya müraciət etdiyi zaman, bu avatarla bir neçə dəfə söhbət edirdi. Avatar da onun gəldiyi mədəniyyətə, dilinə və s. uyğun irqini, danışıq tərzini, hətta qurduğu cümlələr də dəyişirdi. Bununla da xəstələrdə "patient consent" üsulunun daha keyfiyyətli olduğu söylənilir. 

Hal-hazırda süni intellektdən bu kimi məsələlər üçün istifadə olunur. Ancaq sözsüz ki, irəlidə süni intellekt, "bəzi tibbi proqnozların verilməsində", "tibb sahəsi üzrə gələcəkdə nələr olması barəsində" bizə də kömək olacaq".

Aysel Ağakərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il