Milli Kitabxananın və “Azərbaycan gənclərinin inkişaf hərəkatı” ictimai birliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda videoçarxın təqdimatı keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Azərbaycanın tarixdə ilk dəfə olaraq COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etdiyini bildirib. O, dünya liderlərinin, nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbirin Azərbaycanın dünyaya tanıdılmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Milli Kitabxanadan istifadə edən oxucuların 85 faizinin gənclərdən ibarət olduğu vurğulanıb.
Tədbirin davamında birlik tərəfindən hazırlanan “Yaşıl dünya naminə həmrəylik ili” mövzusuna həsr olunmuş ingilis dilində videoçarx təqdim olunub.