Azərbaycanın beynəlxalq tədbir olan COP29- ev sahibliyi davam edir. Dünyanın dört bir tərəfindən liderlər və mühüm vəzifə daşıyan şəxslər Azərbaycana gəliblər. Lakin hələ də Ermənistandan necə deyərlər səs- soraq yoxdur. Dəvət göndərildiyi təqdirdə o tək tədbirə gəlməkdən boyun qaçırmır eləcə də mətbuata doğru- düzgün məlumat verməkdən də çəkinir. Belə ki, bir müddət əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanın bunu qəbul etməyəcəyini bildiyi təqdirdə rəsmi İrəvanın COP29- da iştirakı üçün şərt qoydu. O bildirdi ki, separatçı "liderlər" azad olunsa, Ermənistan COP29- da iştirak edəcək. Dünən isə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan parlamentdə jurnalistlərə açıqlamasında dedi ki, onlar yekun qərar verəndə iştirak edib- etməyəcəklərini və hansı səviyyədə iştirak edəcəklərini söyləyəcəklər.
Ermənistanın niyə belə etdiyi isə maraq doğurur. O niyə COP29- da iştirak etməkdən boyun qaçırır, bunun pərdəarxası nüansları varmı?
Mövzu ilə bağlı deputat Fazil Mustafa Crossmedia.az-a açıqlamasında Ermənistanın cəsur addım atmağa hazır olmadığını bildirib:
"Ermənistan cəsur addım atmağa hazır olmadığına görə bu tədbirə qatılmır. Həm də ola bilsin ki, onda qısqanclıq motivi də var. Azərbaycan belə möhtəşəm tədbirə ev sahibliyi edir. Ermənistan isə bu cür tədbirlərdən həmişə kənarda qalır. Çünki dövlətin gücü və imici buna yetərli deyil. Ona görə də Ermənistan nümayəndələrini göndərməyib. Onlar düşünüblər ki, nümayəndələrini göndərsələr bu, daxili ictimayi rəydə müəyyən narazılıq yarada bilər.
Deputat bunun bizim üçün böyük bir əhəmiyyətinin olmadığını da qeyd edib:
"Əsas odur ki, biz onları dəvət etdik və humanistlik göstərdik. Ermənistanın alacağı qərar onun öz məsələsidir. Ona görə də bizim bu məsələ ətrafında Ermənistana hansısa bir fikir bildirməyimiz də doğru deyil. Onlar özləri seçimlərini etdilər. Addım atsa idilər bu onların avantajı olardı. Bu, münasibətlərin gələcəkdə inkişafına da fayda verərdi. Bu da onu göstərir ki, Ermənistan münasibət qurmaqda səmimi deyil və sülh sazişinə münasibəti də buradan özünü büruzə verir".
Mövzu ilə bağlı Vəhdət Partiyasının sədri Tahir Kərimli isə hələ də Ermənistandan rəsmi cavabın olmadığına diqqət çəkərək onların gəlməyəcəklərini bildirib:
"Hiss olunur ki, onlar gəlməyəcəklər. Artıq liderlərin sammiti başlayıb. Bu o deməkdir ki, Paşinyan, hətta Ermənistanın prezidentləri də burada olmayacaqlar. Bunun əsas səbəbi Ermənistanın danışıqlarda dinamikanı gözləməyidir. Halbuki hazırda danışıq getmir, gedibsə də bura kimi gedib. Hamı bilir ki, Ermənistan Qarabağ seperatçılarının buraxılmasını tələb edir. Bu, mümkün deyil. Azərbaycan buna heç vaxt razı ola bilməz. Ona görə də Ermənistanın bu istəyi həyata keçən deyil.
Tahir Kərimli Ermənistanın sülh müqaviləsinin şərtlərinə qarşı çıxdığını da söyləyib:
"Ermənistan bildirir ki, sülh müqaviləsinin hər hansısa bir maddəsi eləcə də konstitusiyanın dəyişdirilməsi qəbul edilməzdir. Ermənilər tarixi həyəsızlıqları, vətənsiz olaraq hansısa millətin, dövlətin içinə girəndə ona yarınmaqları, onlardan istifadə edib özlərinin çox üzlü siyasətlərini yeritmək üçün dırnaq arası erməni kimliyini qoruyub- saxlamağa, hər cür alçaqlığı qəbul etməyə hazırdılar. Ona görə də bu bir daha onların murdarlığını, etibarsızlığını göstərir.
Sonda o, Gəncədə erməni həkimin türklərə qarşı nifrətini, eləcə də peşəsinə qarşı isə xəyanətini misal göstərərək onların hər zaman bu xislətdə olduğuna diqqət çəkib:
"Gəncədə olan erməni ginekoloq dedi ki, mən istəyimə nail oldum 20- 25 il ərzində istədiyim qədər türk körpəsini ana bətnindəykən məhv etdim. Bu sözlər mənim yadımdan heç vaxt çıxmaz. Onların xisləti türkə, azərbaycanlıya nifrət üzərində qurulub. Onlara etibar etmək olmaz. Ona görə də Azərbaycan olduğu kimi həm humanist siyasətini yerinə yetirməli, həm ordusunu qüvvətləndirməli, həm də diplomatik səylərini artırmalıdır. Mətnlə, vüqarla başı dik yeriməlidir".
Banuçiçək Kalbalıyeva