Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.
Crossmedia.az xəbər verir ki, millimiz VI turda İsveçin qonağı olacaq.
Solna şəhərindəki “Strouberri Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Bu yığmalar arasındakı ilk oyun millimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 5 turdan sonra 1 xalı olan Azərbaycan yığması qrupda sonuncu, İsveç isə 13 xalla birincidir.
UEFA Millətlər Liqası
C liqası, VI tur
19 noyabr
23:45. Azərbaycan - İsveç
Baş hakim: Pavel Raçkovski (Polşa)
“Strouberri Arena”