Hadisə

"Azərbaycan Dəmir Yolları" QSC Bakı Dəmiryol Vağzalından istifadə edən sərnişinlərə müraciət edib.

Crossmedia.az xəbər verir ki, səhmdar cəmiyyəti bu günlərdə yollarda hərəkət intensivliyinin artması fonunda aşağıdakıları tövsiyə edib:

- Şəhərlərarası səyahətlər üçün Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlin.

- Sərnişinləri yola salmaq və ya qarşılamaq məqsədilə vağzala maksimum dərəcədə az daxil olun. Mümkün olduqda gəlməməyə çalışın.

"Sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək. Əlavə məlumat üçün 1822 Əlaqə Mərkəzinə zəng edə bilərsiniz", - deyə müraciətdə qeyd olunub.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il