AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Kitabxana xidməti üzrə direktor müavini, dosent Şəhla Quliyeva Şuşa şəhərində keçirilən “44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin təqdimatında iştirak edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyasının keçirdiyi təqdimat Mədəniyyət Nazirliyinin, Müdafiə
Nazirliyinin nümayəndələrinin, şəhid ailələrinin, deputatların, ictimaiyyət nümayəndələrinin və məktəb kollektivinin iştirakı ilə Şuşa şəhəri 1 saylı tam orta məktəbdə təşkil olunub.
Tədbirdən sonra dosent Şəhla Quliyeva müəllifi olduğu “Şuşadan Türk dünyasına” və “Şuşada kitabxana və mətbuat” adlı kitablarını şəhərin 1 saylı tam orta məktəbinə hədiyyə edib.