Elm və təhsil

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və Bacarıqlar üzrə direktoru, Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramının (PISA) yaradıcısı Andreas Şleyxer elm və təhsil naziri Emin Əmrullayevlə görüşdə Azərbaycanın PISA çərçivəsində “iqlim savadlılığı” təşəbbüsünü yüksək qiymətləndirib. Bu barədə “Azərbaycan müəllimi” qəzeti məlumat yayıb.

“Elm və təhsil naziri Emin Əmrullayev UNESCO Qlobal Təhsil Görüşü çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və Bacarıqlar üzrə direktoru Andreas Şleyxer ilə görüşüb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, görüşdə Şleyxer “Azərbaycanın PISA çərçivəsində “iqlim savadlılığı” təşəbbüsünü yüksək qiymətləndirərək bu istiqamətdə işlərin qısa zamanda yekunlaşacağına inamını ifadə edib”.

“Şleyxer eyni zamanda bu günədək COP gündəliyində məhz Azərbaycanın təhsilə verdiyi xüsusi önəmini vurğulayaraq, təşəkkürünü bildirib”, – qəzet vurğulayıb.

“Azərbaycan müəllimi” UNESCO-nun Qlobal Təhsil Görüşü tədbirinin noyabrın 1-də öz işini yekunlaşdırdığını qeyd edib.

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il