Dünya xəbərləri

Qırğızıstanda dövlət himni dəyişdiriləcək.

Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Respublika parlamentinin spikeri Nurlan Şakiyev bildirib.

Onun sözlərinə görə, hazırki himn ölkənin SSRİ-dən çıxmasından dərhal sonra yazılıb:

"Biz artıq azadlıq yolunu keçmişik. İndi Qırğızıstan böyük gələcəyi olan, inkişaf edən bir ölkədir. Himni elə yenidən yazacağıq ki, 5 yaşdan 95 yaşa qədər hamı asanlıqla oxuya bilsin", - deyə siyasətçi bildirib.

Bu, Şakiyevin Qırğızıstanın "azad olunması" ilə bağlı ilk təşəbbüsü deyil.

Oktyabrın əvvəlində o, soyadlarda ruslaşdırılmış -ov və -ev sonluqlarından imtina etməyə çağırıb. 2022-ci ildə isə Bişkekin rus adları daşıyan bütün rayonlarının adının dəyişdirilməsində israr edib.

Görünən odur ki, parlamentin spikeri üçün ən vacib məsələ sosial-iqtisadi məsələlər deyil, sovet ənənəsi ilə mübarizədir.

Emil Bağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il