Dünya xəbərləri

Noyabrın 18-də gecə ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri 59 PUA-nı məhv edib. 

Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. 

Məlumata görə, pilotsuz təyyarələr Moskva, Bryansk, Kursk, Belqorod və Tula vilayətləri üzərində vurulub. Departament aydınlaşdırıb ki, Moskva vilayəti üzərində iki, Bryansk üzərində 45, Kursk üzərində altı, Belqorod üzərində üç və Tula üzərində üç PUA məhv edilib.

Rusiyaya pilotsuz təyyarə hücumları 2022-ci ildə Ukraynada “xüsusi hərbi əməliyyat” zamanı başlayıb. Kiyev rəsmi olaraq iştirakını təsdiqləməyib, lakin 2023-cü ilin avqustunda Ukrayna prezidentinin müşaviri Mixail Podolyak Rusiyaya qarşı İHA-nın zərbələrinin güclənəcəyini bildirib. 2023-cü ilin martında Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna pilotsuz təyyarələrinin Rusiyadakı strateji hədəflərə qarşı istifadəsini təsdiqləyərək, onların uzaq mənzilli imkanlarının Ukraynanın təhlükəsizliyini gücləndirdiyini deyib.

Bundan əlavə, may ayında Kremldəki Senat Sarayının üzərində pilotsuz təyyarə partladı və Moskva Siti biznes mərkəzindəki binalara da zərbələr endirildi. Rusiyanın sərhəd bölgələri və ilhaq edilmiş Krım tez-tez hücumların hədəfi olaraq qalır.

Gültac Mehdizadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il