Dünya xəbərləri

“Tehran-Moskva qarşılıqlı münasibətlərində çəkişmə nöqtələrindən biri regional infrastruktur, xüsusən də Zəngəzur dəhlizi məsələsidir”

Crossmedia.az bildirib ki, bu barədə gürcü politoloq Emil Avdaliani Çinin “Asia Times” nəşrinin saytında Rusiya-İran münasibətlərindən yazıb.

Ekspertin fikrincə, Rusiya və İran arasında imzalanması gözlənilən strateji tərəfdaşlıq haqqında müqavilə, heç şübhəsiz, iki ölkə arasında əməkdaşlığı genişləndirəcək, lakin çox güman, rəsmi alyans olmayacaq və bu da onların Yaxın Şərqdə həm tərəfdaş, həm də rəqib kimi mürəkkəb münasibətlərindən xəbər verir.

Sitat: “Tərəflərdən heç birinin qarşılıqlı müdafiə ilə bağlı çox möhkəm öhdəlikləri olan rəsmi alyansa ehtiyacı yoxdur. Onlar bunu istəmirlər”.

Müəllif onu da vurğulayır ki, Tehran-Moskva qarşılıqlı münasibətlərində çəkişmə nöqtələrdən biri  regional infrastruktur, xüsusən də Zəngəzur dəhlizi məsələsidir.  

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il