Beynəlxalq Strateji Araşdırmalar İnstitutu Şimali Koreyanın Nampo şəhərindəki gəmiqayırma zavodunun peyk görüntülərindən maraqlı təhlil paylaşıb.
Məlumata görə, Şimali Koreya gəmiqayırma zavodlarından birində peykdən müşahidə əleyhinə kamuflyaj yerləşdirib. Örtüyün altında çox güman ki, döyüş gəmisinin tikintisi üzərində iş gedir.
Kamuflyaj maskasının ölçülərinə və standart nisbətlərə əsasən tikilməkdə olan gəminin maksimum eni təxminən 15 metr, uzunluğu isə 100 metrdən çox olacaq.
Bu onu deməyə əsas verir ki, KXDR yerli sənayenin indiyə qədər inşa etdiyi ən böyük hərbi gəminin tikintisinə başlayıb.