Dünya xəbərləri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı münaqişənin həlli üçün hərbi əməliyyatların “dondurulması”, Donbassda beynəlxalq qoşunların iştirakı ilə demilitarizasiya zonasının yaradılması və Ukraynanın NATO-ya daxil olması ilə bağlı müzakirələrin 10 il müddətinə təxirə salınmasını nəzərdə tutan plan hazırlayıb. 

Crossmedia.az  "Bloomberg"ə istinadən xəbər verir ki, bunun müqabilində Kiyev Qərb silahlarını almalıdır.

Planın noyabrın 19-20-də Braziliyada keçiriləcək G20 liderlərinin görüşündə təqdim ediləcəyi gözlənilir. Mənbələr bildirirlər ki, Ərdoğan Ukrayna üçün əlavə ərazi itkilərindən ehtiyat edərək Zelenskini İstanbulda sülh danışıqlarında iştirak etməyə razı salmağa ümid edir.

Türkiyə tərəfi "Bloomberg"in Ankaranın Ukraynadakı münaqişənin həlli ilə bağlı təşəbbüsləri ilə bağlı iddialarını təkzib edib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il