Ukraynanın uzaqmənzilli raketlərdən istifadə etməsi nüvə münaqişəsi risklərini artırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində deyib.
“Ukraynanın istifadə etdiyi raketlər belə bir vəziyyətin nəyə gətirib çıxaracağını göstərir”, - deyə o bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə “bu neqativlərə qarşı” mövqeyini qoruyur və vəziyyətin nizamlanma istiqamətində inkişaf edəcəyini gözləyir.
Türkiyə liderinin qeyd etdiyi kimi, Rusiyanın yenilənmiş nüvə doktrinasını açıqlaması cavab tədbiridir və Şimali Atlantika Alyansı bu barədə düşünməlidir.