Dünya xəbərləri

Tehrana rəsmi səfərə gələn Suriyanın xarici işlər naziri Səbbaq iranlı həmkarı Abbas Əraqçı ilə görüşüb.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkələr arasında ikitərəfli əlaqələr və əməkdaşlıq, həmçinin Yaxın Şərqdə, xüsusilə Qəzza zolağında və Livanda baş verən son hadisələr müzakirə edilib. 
Əraqçı qeyd edib ki, İran Suriya xalqına və hökumətinə hər cür dəstəyi verəcək və bölgədə atəşkəs üçün səyləri davam etdirəcək. 
O, həmçinin “Türkiyə ilə Suriya arasındakı fikir ayrılıqlarının hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında sülh yolu ilə həllinə" tərəfdar olduğunu bildirib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il