Qazaxıstan müharibə zamanı ölkənin müdafiəsi üçün “könüllü” anlayışını tətbiq etməyi planlaşdırır.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu, “Qazaxıstan Respublikasının ərazi müdafiəsi haqqında” qanun layihəsində nəzərdə tutulub.
Qeyd olunur ki, əsas məqsəd səfərbərlik və hərbi vəziyyət şəraitində müdafiə qabiliyyətini yüksəltmək, əhalinin təhlükəsizliyini təmin etmək və ölkəni qorumaqdır.