Dünya xəbərləri

Ermənistanın baş naziri Nikol Paşinyan genişmiqyaslı istefaların səbəbini açıqlayıb.

Crossmedia.az erməni KİV-nə istinadla xəbər verir ki, o, sosial şəbəkədə bu barədə yazıb:

“Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən geniş müzakirələri nəzərə alaraq bildirməyi zəruri hesab edirəm ki, mən bəzi yüksək vəzifəli şəxslərdən tutduqları vəzifələrdən getmələrini xahiş etmişəm.

Belə bir müraciətin edilməsinin səbəbləri şəxsi deyil, açıq şəkildə söylədiyim sistem xarakterlidir.

Eyni zamanda, adları çəkilən tərəfdaşlarımızın dövlətçiliyimizin inkişafında xidmətlərini inkar edə bilmərəm və hər kəsə töhfələrinə və xahişimi başa düşdüklərinə görə təşəkkür edirəm”, - Nikol Paşinyan yazıb.

Qeyd edək ki, Ermənistanın bir sıra güc strukturlarının rəhbərlərini - Daxili İşlər Nazirliyinin, İstintaq Komitəsinin, eləcə də ölkənin vergi və gömrük xidmətlərini birləşdirən Dövlət Gəlirləri Komitəsinin rəhbərlərini istefaya gedib. Həmçinin ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın da vəzifəsindən azad ediləcəyini bildirirlər.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il