2023-cü il oktyabrn 7-də HƏMAS-ın və onun müttəfiqlərinin İsrailə terror hücumu nəticəsində həlak olan amerikalıların ailələri İranı məhkəməyə veriblər.
Crossmedia.az “The New York Times” qəzetinə istinadla xəbər verir ki şikayətçilər İranı HƏMAS-a maliyyə və başqa dəstəklər verməklə terror törətməyə sövq etməkdə günahlandırıblar.
Terror qurbanlarının ailələrinin şikayətnaməsində yazılıb ki, “İran hökuməti bu vasitə ilə Holokostdan sonra yəhudilərin ən qanlı qətliamınının baş verməsində iştirak edib”.