Dünya xəbərləri

Tehran ABŞ mediasının İranın Trampa qarşı addım atmayacağına dair zəmanəti ilə bağlı yaydığı xəbərləri təkzib edib. 

Crossmedia.az Fars News-a istinadla xəbər verir ki, Tehranın ABŞ tərəfinə mesajında “İran şəhidlərin qatilləri ilə məşğul olmalıdır, bunu edəcək və bu məsələdən çəkinməyəcək” bəndi yer alıb.

Bildirilib ki, İran SEPAH-ın Qüds qanadının keçmiş komandiri Qasım Süleymaninin ölümü ilə bağlı istintaqın “məhkəmə və hüquqi aspektlərinə öz qaydasında nəzarət edəcək”.

Qeyd edək ki, dünən “The Wall Street Journal” yazıb ki, İran ötən ay Bayden administrasiyasına Trampı öldürməyə cəhd etməyəcəyinə dair yazılı təminat verib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il