ABŞ Prezidenti Cozef Bayden Ukraynanın uzaqmənzilli ATACMS raketlərindən Rusiyanın ərazisinə zərbə endirmək üçün istifadə etməsinə icazə verib.
Crossmedia.az bu barədə "The New York Times"a istinadən xəbər verir.
ABŞ administrasiyasından olan mənbələrin sözlərinə görə, bu qərar Rusiyanın Şimali Koreya qoşunlarını Kursk vilayətində yerləşdirməsinə cavab olaraq qəbul edilib.