Dünya xəbərləri

Polşada Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallasın iştirakı ilə Polşa, Almaniya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniyanın xarici işlər nazirləri arasında danışıqlar baş tutub. İclasda əksər nazirlər şəxsən, İspaniya və Böyük Britaniya nümayəndələri isə onlayn iştirak ediblər.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, danışıqların əsas mövzusu Ukraynaya dəstək və transatlantik əlaqələrin inkişafı olub.

Görüş iştirakçıları Ukraynaya hərbi, maliyyə və humanitar yardımın artırılması imkanlarını müzakirə ediblər.

Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib: “Mən ABŞ-ın iştirakının mümkün azalması fonunda Aİ-nin ən böyük ölkələrinin Ukraynaya hərbi və maliyyə yardımı yükünü öz üzərinə götürməyə hazır olduqlarını minnətdarlıqla qeyd edirəm”.

O, həmçinin bildirib ki, görüş iştirakçıları Avropanın “təhlükəsizliyi üçün daha çox məsuliyyət daşıması” mövzusunda razılaşıblar. 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il