Amerika

ABŞ-də prezident seçkilərindən sonra siyasi müstəvidə dəyişikliklərin özünü göstərəcəyi bariz olsa da, istiqamətlər haqqında dəqiq məlumat yox idi.  “The Hill” nəşri qeyd edir ki, Tramp özünün məşhur danışıqlar tərzindən istifadə edərək bir sıra dövlətlərə ikitərəfli əsasda yanaşmağı planlaşdırır. ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp Çin, Rusiya, İran və Şimali Koreya arasında əlaqələri zəiflətmək üçün təzyiq və diplomatiyanın birləşdirilməsi taktikasından istifadə etmək niyyətindədir. Bəs Donald Tramp sözügedən dövlətlərlə əməkdaşlığı zəiflətmək üçün təzyiq və diplomatiyanı birləşdirmə strategiyası tətbiq etməsi bu ölkələrin ABŞ-nin qlobal təsirinə qarşı müqavimətini həqiqətən qıra bilərmi, yoxsa yox?

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay bildirib ki, ABŞ seçkilərində ikinci dəfə prezident seçilən D.Tramp yanvarın 20-də and içdikdən sonra Amerikanın xarici siyasətində hərəkətlilik olacağı gözlənilən idi:

“ABŞ-də prezident seçkilərinin nəticəsində xarici siyasətdə dəyişikliklər olsa da, bununla bağlı mövcud problemləri nəzərə alan Tramp bəzi məsələlərdə təşəbbüskarlığını artıracaq. Xüsusən də, Ukrayna böhranında sülhü sınayacağını bəyan edən Rusiya üçün ABŞ ilə münasibətlərdə normallaşma olacağını düşünürəm. Lakin infrastrukturun nə cür sınaqdan keçiriləcəyi hələlik məlum deyil. Rusiya, Çin, Şimali Koreya və İran ittifaqı açıq şəkildə Amerikaya qarşı birlikdə hərəkətə keçmək üçün hazır vəziyyətdədirlər”.

H.Oktay Trampın planladığı məqamlara da toxunub: “Trampın Rusiyanı Ukrayna məsələsində razı saldıqdan sonrakı əsas hədəfi Çin oldu. Çin də ABŞ-nin bu hərəkətinə cavab olaraq İran-İsrail xəttində münaqişə yaradıb, ABŞ-nin diqqətini bu bölgəyə çəkmək istəyir. İranın dünya ilə yenidən diplomatik təmas qurması və inteqrasiya prosesinə başlaması Çin üçün qəbul edilməzdir. Trampın hakimiyyətə gəlişindən sonra dünya siyasətində yumşalma gözləntiləri gündəmə gəlsə də, daha mürəkkəb proseslər baş qaldıra bilər. Qərblə Rusiya arasında Ukrayna uğrunda rəqabət, İran-Rusiya ittifaqının Həmas və Hizbullahın İsrailə təzyiqi ABŞ-nin siyasətinə təsir edəcək. Tramp əvvəlcə sülh diplomatiyası və ticarət yolu ilə bu ittifaqların kəskinliyinə nəzarət etməyə çalışsa da, ABŞ ordusundan da yayındırıcı ünsür kimi istifadə edəcək”.

Gülay Məmmədova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il