Texnologiya

"OpenAI"ın CEO-su Sem Altman bu gün verdiyi açıqlamada 2024-cü ildə GPT-5 modelini bazara çıxarmayacaqlarını bildirdi. Şirkət bunun əvəzinə “GPT-o1” adlandırılan yeni bir model üzərində çalışır və süni intellekt sahəsində daha ehtiyatlı, mərhələli bir yanaşma tətbiq etməyi üstün tutur. 

Əvvəlcə “Çiyələk Layihəsi” adı ilə tanınan GPT-o1 modeli, Altmanın açıqlamasına görə, riyaziyyat, elm və yüksək dəqiqlik tələb edən digər sahələrdə daha güclü bir süni intellekt təcrübəsi təqdim edəcək. Bu yanaşma sürətdən çox etibarlılıq və davamlılıq məsələlərinə xüsusi önəm verəcək.

Altman GPT-o1 modelinə yönəlmələrinin səbəbini də aydın şəkildə izah edib. Süni intellekt modellərinin mürəkkəbləşməsi ilə çoxlu layihəni paralel idarə etmək getdikcə çətinləşir. Bu məqamda "OpenAI" resurslarını müəyyən sahələrə yönəldərək səmərəliliyi artırmağı hədəfləyir.

Altman daha çox model yaratmaq yerinə mövcud modelin bütün imkanlarını araşdırmaq istədiklərini vurğulayıb. Bu açıqlama "OpenAI"ın gələcək baxışını da əks etdirir: daha etibarlı və ağıllı bir süni intellekt ekosistemi qurmaq.

Altman "OpenAI"-ın gələcəkdə süni intellektin “vasitəçi” kimi fəaliyyət göstərə biləcəyini düşünür. Bu çərçivədə istifadəçi sorğularına avtomatik cavab verə bilən, müstəqil qərarlar qəbul edən bir süni intellekt modeli yaratmaq istəyirlər.

Emil Bağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il