CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: elektron reyestr

16:30 28.10.2026

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

114

Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi (DERKİS) haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. Crossmedia.az xəbər verir ki, fərmana əsasən, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sisteminin sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, operatoru funksiyalarını isə həmin Xidmətin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri həyata keçirir. Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, İqtisadiyyat Nazirliyi DERKİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, 18 ay müddətində Əsasnamədə nəzərdə tutulan və fərman qüvvəyə minənə qədər tərtib edilmiş (verilmiş), İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların informasiya ehtiyatlarında saxlanılan sənədlərin və məlumatların DERKİS-ə daxil edilməsini təmin etməli, torpaqların elektron kadastr uçotu informasiya sistemində əks olunan məlumatların DERKİS-ə miqrasiyasını və torpaqların elektron kadastr uçotu informasiya sisteminin fəaliyyətinin dayandırılmasını təmin etməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİN) ilə birlikdə, ölkə Prezidentinin 2019-cu il 3 iyun tarixli fərmanı ilə təsdiqlənmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq, DERKİS-in "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR