CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Müqəddəs Taxt-Tac

17:06 25.10.2026

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanacaq

92

Azərbaycanla Müqəddəs Taxt-Tac arasındakı əlaqələr yeni müstəviyə qədəm qoyur. Belə ki, Vatikanda Müqəddəs Taxt-Tacın Dinlərarası Dikasteriyası ilə Qafqaz Müsəlmanları İdarəsi arasında Anlaşma Memorandumu imzalanacaq. Crossmedia.az xəbər verir ki, buu məqsədlə oktyabrın 25-də Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Romaya səfər gəlib. Sənəd oktyabrın 26-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dikasteriyasında 4 fevral 2019-cu il tarixli «Dünya Sülhü və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Sənədi»nə istinadən bağlanacaq. Momorandum dinlərarası dialoqun təşviq edilməsi istiqamətində Azərbaycanın tolerant mövqeyini bir daha aydın şəkildə ifadə etmiş olacaq. Memorandum aşağıdakı istiqamətləri özündə əhatə edəcək; - dinlər, etnik qruplar və mədəniyyətlər arasında anlaşmaya və barışığa töhfə vermək, habelə sülh quruculuğu, birgəyaşayış, bərabərlik və qarşılıqlı hörmət prinsiplərini dəstəkləməsi və təşviq edilməsi; - ümumi maraq doğuran sahələrdə qabaqcıl təcrübə, ekspertiza və bilik mübadiləsinin aparılıması; - layihə və fəaliyyətlərin dəstəklənməsi məqsədilə, o cümlədən müvafiq tədbirlərə qarşılıqlı dəvətlər yolu ilə institusional əməkdaşlığı inkişaf etdirilməsi. Eyni zamanda Memorandumun müddəalarının icrası və dinlərarası dialoqun təşviqə dəstək məqsədilə Dialoq üzrə Daimi Birgə Komitə də təsis ediləcək. Qeyd edək ki, sözügedən Anlaşma Memorandumun Müqəddəs Taxt-Tacla dini mərkəz arasında imzalanması Vatikanın tarixində ilk hadisə olacaq. Çünki Müqəddəs Taxt-Tac bu günə qədər əsasən dövlət təsisatları ilə analoji Memorandumlar imzalayıb. Burada xüsusilə müsəlmanlar və xristianlar arasında dialoqun təşviq edilməsi daha çox diqqəti cəlb edir. Sənədi Müqəddəs Taxt-Tac tərəfindən Kardinal Corc Ceykob Kuvakad, Azərbaycan tərəfindən isə Bütün Qafqazın Şeyxi Allahşülkür Paşazadə imzalayacaqlar. Xatırladaq ki,Anlaşma Memorandumu ilə bağlı razılaşma bu ilin iyun ayında Kardinal Corc Ceykob Kuvakadın Azərbaycana səfəri zamanı əldə edilib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR