CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Dammam

23:18 11.10.2026

Səudiyyə Ərəbistanında hava limanları və enerji obyektləri hədəfə alındı

76

Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd Beynəlxalq Hava Limanına hücum edilib. Yəməndəki husilər ölkənin iki hava limanına və strateji enerji obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar. Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi bildirib ki, Dammam hava limanında hücum nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və təhlükəsizlik yoxlamaları aparılır. Ölən və yaralananlar barədə hələlik məlumat verilməyib. Qurum daha əvvəl paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının da hücuma məruz qaldığını və hadisə nəticəsində xəsarət alanların olduğunu açıqlayıb. Husilərin hərbi sözçüsü Yəhya Səri televiziya vasitəsilə yaydığı bəyanatda hücumlara görə məsuliyyəti üzərlərinə götürdüklərini bildirib. Onun sözlərinə görə, zərbələr nəticəsində Dammam hava limanında uçuşların fəaliyyəti pozulub. Bundan başqa, “Saudi Aramco” şirkətinin Şədqum qaz emalı zavoduna və Tənacib neft obyektinə də hücumlar həyata keçirildiyi iddia olunur. Husi nümayəndəsi əməliyyatların Səudiyyə Ərəbistanının Yəmənə endirdiyi hava zərbələrinə cavab olduğunu bildirərək yeni hücumlarla hədələyib. “Reuters” və “Associated Press” də Səudiyyə Ərəbistanının hava limanlarına hücumlar barədə məlumat yayıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR