Səhiyyə

Son zamanlar kosmetoloji prosedurlara tələbat daha da artıb. Qadınlarla yanaşı, kişilər də bu prosedurlara müraciət edirlər.
İnsanlar yaş ötdükcə üzdə yaranan qırışların qarşısını almaq, simalarındakı hansısa nahiyədə dəyişiklik etdirmək istəyirlər. Cavan görünmək üçün edilən bu prosedurlar bəzən ciddi fəsadlar yarada, hətta daha da yaşlı görünməyə səbəb ola bilər.
 
Mövzu ilə bağlı həkim-kosmetoloq Gülər İbrahimova Crossmedia.az-a açıqlama verib. Mütəxəssis kosmetoloji prosedurların mövsümə görə dəyişdiyini qeyd edib:

"Prosedurlar mövsümə görə dəyişir. Yaz-yay aylarında günəşin ultrabənövşəyi şüalarından qorunmaq üçün xüsusi mezo kokteyllərlə dərimizi bərpa edir, ləkələri aradan qaldırırıq. Yəni üzümüzü yaya hazırlayırıq. Yay bitdikdən sonra payıza doğru isə dərimizi payıza hazırlayırıq. Havalar soyuduqca dəri  qurumağa başlayır və yayda yaranmış piqmentasiya, melozma ləkələri dərini yeniləyən preparatlar vasitəsilə müalicə olunur. Bu hər fəsildə dəri üçün lazım olan kollegendir.. 30 yaşdan sonra bədəndə  kollegen balansı azalır. Bəzi pasientlərdə bu azalma 25 yaşdan başlayır. Biz ilin 4 fəsili kollegen balansını normada saxlamalıyıq".

Kosmetoloq ən çox müraciət olunan prosedurlardan danışıb:

"Pasientlərin bütün mövsümlərdə ən çox müraciət etdikləri prosedur plazmadır. Biz plazmaya öz qanımızdan gələn gözəllik də deyirik. Bu qanın trombositlə zəngin olan hissəsidir. Təbii prosedur olduğu üçün bütün pasientlərə tətbiq etmək olur. Xüsusi onkoloji xəstələr, şəkər xəstələri və allergik xəstəlikləri olan pasientlər var ki, bəzi prosedurları onlara tətbiq etmək olmur, amma plazmanı bütün pasientlərə tətbiq etmək mümkündür. Kosmetoloji prosedura başlamazdan əvvəl üz qurudursa nəmləndirilməli, üzdəki piqmentasiya ləkələri  aradan qaldırılmalı sonra prosedurlara keçid edilməlidir".

Həkim-kosmetoloq pasientləri iki qrupa bölür:

"Pasientlər iki qrupa ayrılır. Biri müalicəvi yöndən yanaşan, digəri anında nəticə istəyəndir. Pasientin istəyini nəzərə alıb uyğun proseduru həyata keçirə bilirik. Müalicəvi tərəfdən yanaşanlara plazma, xüsusi  vitamin tərkibli biorevitalizasiya, kollegen və digər mezokokteylləri tətbiq edirik. Anında nəticə istəyən pasinetlərə isə botoks, dolğu və.s tətbiq edilir".

Mütəxəssis kişilərin müraciət etdikləri kosmetoloji prosedurlardan da danışıb:

"Kişilər də qadınlar qədər kosmetoloqa müraciət edirlər. Son dövrlər kişi pasientlərin sayı artıb. Əsasən dəri tonu, dəridə olan ləkələr, qırışlar, xüsusilə alında olan qırışlar və saçla bağlı prosedurları etdirirlər.
Kişilərin ən çox müraciət etdikləri prosedur  saçla bağlıdır. Saçdakı yağlılıq ,tökülmələr və.s kosmetoloji üsullarla həll olunur".

 Gülər İbrahimova prosedur zamanı həkim və pasientin nə etməli olduqlarını bildirib:

"Kosmetoloji prosedurlar düzgün yerinə yetirilərsə heç bir zərəri yoxdur. Əksinə dəri quruluğu, dəridə olan yağlılıq, sızanaqlar, sızanaqdan yaranan çapıqlar, açılmış məsamələr, piqmentasiya ləkələri kosmetoloji üsullarla həll olunur. Burada əsas məsələ  pasientlərin öncə  düzgün kosmetolqu seçmələridir. Kosmetoloq "həkim-kosmetoloq" olmalıdır. Yəni tibbi anlayışı olmalıdır. Həkim işlətdiyi preparatları düzgün seçməli, düzgün texnika ilə tətbiq etməlidir. Pasient də özünü qorumağı bacarmalı, kosmetoloqun prosedurdan sonra verdiyi tapşırıqlara düzgün əməl etməlidir. Əgər pasient bu tapşırılanlara düzgün əməl etsə heç bir  problem yaranmaz".

Zeynəb Mustafazadə 
 
 
 
 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il