Elm və təhsil

Dövlət qulluğunda BB vəzifə qrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə noyabrın 3-də keçirilmiş imtahanın nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) verdiyi məlumata görə, imtahanda 122 namizəd iştirak edib. İmtahanın nəticələrinə əsasən, BB1 altqrupu üzrə 14, BB2 altqrupu üzrə 37, BB3 altqrupu üzrə 31, BB4 altqrupu üzrə 17 nəfər olmaqla, ümumilikdə 99 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur.

İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər noyabrın 5-i saat 10:00-dan noyabrın 7-si saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il