Maya Sandu Moldova prezident seçkilərinin ikinci turunda 54,96%-lə qalib gəlib. Mərkəzi Seçki Komissiyasının 98,74% protokolun işlənməsindən sonra açıqladığı məlumatlara əsasən Aleksandr Stoyanoglunun səsləri isə 45,04% təşkil edir.
Crossmedia.az xəbər verir ki, Sandu qələbəsi ilə bağlı "X"də paylaşım edərək həm ölkədaxili, həm də xaricdəki moldovalılara təşəkkür edib:
“Moldova, bu gün sən qalib gəldin. Biz birlikdə birliyimizin, demokratiyamızın və ləyaqətli gələcəyə sadiqliyimizin gücünü göstərdik,” — deyə Sandu qeyd edib.
Qeyd edək ki, xarici KİV-in məlumatına görə, Sandunun üstünlüyü xaricdəki seçki məntəqələrində səs verən seçicilər sayəsində əldə edilib. Xaricdəki səslər nəzərə alınmasaydı, prezident seçkilərində Stoyanoglu qalib gəlmişdi. Moldovada o, səslərin 51,19%-ni, Sandu isə 48,81%-ni toplamışdı.
Emil Nağızadə