Dünən İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi “Əl-Məyadin” telekanalına müsahibəsində İsrailin hücumlarına cavab olaraq deyib ki, Tehran Təl-Əvivə uyğun vaxtda və lazımi şəkildə cavab verəcək.
Bu barədə Crossmedia.az İran KİV-nə istinadən xəbər verib:
“İran üçün təhlükə yaranarsa, nüvə doktrinasında dəyişiklik hələ də mümkündür. Nüvə silahı istehsal etmək üçün texniki imkanlarımız var və bizi dayandıran yeganə maneə ölkənin ali rəhbərinin fətvasıdır”, - deyə, Xərrazi vurğulayıb.
O, İranın raket siyasətində dəyişikliklərə də toxunub. Xameneyinin müşaviri əlavə edib ki, İran raketlərin uçuş məsafəsini artırmaqla raket proqramını da genişləndirəcək.