Dünya xəbərləri

1.  Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qırğızıstan Prezidenti Sadır Japarov arasında görüş baş tutub.

Crossmedia.az xəbər verir ki, görüşün sonunda təhlükəsizlik, enerji, səhiyyə və mədəniyyət sahələrini əhatə edən 19 razılaşma imzalanıb. Liderlər mətbuat konfransında çıxış edərək iki ölkə arasında ticarət dövriyyəsini 5 milyard dollara çatdırmaq niyyətində olduqlarını bildiriblər.

Sadır Japarov çıxışında Türkiyənin Qırğızıstanın xarici borcunu sildiyini də elan edib. 

"Prezident Ərdoğana ölkəmizin xarici borcunun silinməsi qərarı üçün minnətdarlığımı bildirirəm", - deyə Japarov qeyd edib.

Beləliklə, Türkiyə Respublikası yaşıl iqtisadiyyat layihələri qarşılığında Qırğızıstanın 62,3 milyon dollar məbləğindəki xarici borcunu silib. Qeyd edək ki, daha əvvəl Almaniya da yaşıl təşəbbüslərin reallaşdırılması müqabilində Qırğızıstanın 14 milyon dollarlıq xarici borcunu silmişdi.
 

Emil Bağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il