Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Demokratların onun Rusiyaya bağlı olduğu iddialarını qətiyyətlə inkar edib.
Crossmedia.az TASS xəbər agentliyinə istinadən xəbər verir ki, Tramp “Nord Stream-2” qaz kəmərinin inşasını dayandırdığını bildirib.
Tramp amerikalı jurnalist Takker Karlson ilə canlı müsahibədə : “Onlar mənim Rusiyanın dostu olduğumu, Rusiyada işlədiyimi, ya da “rus casusu” olduğumu söyləməyi çox sevirlər. Bu insanlar xəstədir. Rusiya üçün ən böyük layihə “Nord Stream-2”-dir. Bu, dünyanın ən böyük kəməridir. O, Rusiyadan Almaniyaya və bütün Avropaya uzanır. Mən bunu dayandırdım”,- deyə bildirib.
Onu da bildirək ki, “Nord Stream-2” 2018-ci ildən inşa olunmuş və 2019-cu ildən sanksiyalarla dayandırılmışdı.
Nəzrin Salmanova