Dünya xəbərləri

İtaliyanın Ollolay kommunası Donald Trampın qələbəsi ilə razılaşmayan və köçmək istəyən amerikalılara bir avroya ev almağı təklif edib.

Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Ollolay kommunasının xüsusi saytında belə qeyd olunub: “Dünya siyasətindən bezmisiniz? Yeni imkanlar açarkən daha balanslı bir həyat tərzi yaşamaq istəyirsiniz? Sardiniyanın heyrətamiz cənnətində Avropa sığınacağı tikməyin vaxtıdır".

Şəhərin meri Françesko Kolumbu CNN-ə bildirib ki, sayt xüsusi olaraq ABŞ prezident seçkilərindən sonra yaradılıb: “Əlbəttə, biz yeni seçilən bir ABŞ prezidentinin konkret adını çəkə bilmərik, lakin hamımız bilirik ki, bu, prezident seçkiləri ilə bağlıdır".

“Bir avroya ev” proqramı 2018-ci ildə ortaya çıxıb. Beləliklə, hakimiyyət əhalinin azalması ilə mübarizə aparmaq qərarına gəlib: 100 il ərzində bu, 2250 nəfərdən 1150 nəfərə qədər azalıb. Hakimiyyət eyni qiymətə boş ofisləri icarəyə verməyə hazırdır.

Proqramda iştirak üçün Amerika vətəndaşlığı şərt deyil, lakin mer ilk olaraq bu cür müraciətlərə baxacağını vəd edir. Yeni internet saytı vasitəsilə artıq hakimiyyət orqanlarına 38 min sorğu daxil olub ki, onların da əksəriyyəti ABŞ-dən yazılıb. "Biz bu saytı indi amerikalıların seçkidən sonra köçürülmə ehtiyaclarını ödəmək üçün yaratdıq",- deyə mer vurğulayıb.

Bələdiyyə məclisi evləri bir avroya satır, bir şərtlə ki, alıcı əmlakını təmir etməyi öhdəsinə götürsün. Altı il ərzində cəmi 10 nəfər bu proqram vasitəsilə ev alıb və təmir edib. Mer ümid edir ki, Amerika seçkilərindən sonra hakimiyyət qalan 100 boş evi sata biləcək.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il