“Biz bütün insanlıq və xüsusilə müsəlmanlar üçün ağır bir imtahandan keçdik. Fələstin artıq qan, gözyaşı və zülmlə xatırlanır. 2 milyon insanı dərmansız, qidasız buraxıb ölümlərini izlədilər”.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Dövlətlərinin İqtisadi və Ticarət Təşkilatının nazirlər toplantısında deyib.
O bildirib ki, 13 ay boyunca Qəzza ve Fələstin torpağlarında çoxlu qətliam və cinayətlər baş verib:
“13 ayda 50 min Fələstinli şəhid oldu. Bu 13 ay boyunca onların yaşamadıqları kədər, çətinlik qalmadı. Buna baxmayaraq, yenə də Fələstinli qardaşlarımızı diz çökdürə bilmədilər”.
Həmçinin Ərdoğan bildirib ki, rəsmi Türkiyə İsrail ilə ticarəti dayandırıb. Eyni zamanda, o, Qəzzaya 85 min ton yardım göndərildiyini qeyd edib".
Nəzrin Salmanova