Moldovada seçkilərdə qalib gələn Maya Sandu "hamı üçün prezident olacağına" söz verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Sandu seçicilərinə təşəkkür edib:
"Əziz moldovalılar, seçkilərə gələn hər birinizə minnətdaram. Mən səsinizi eşitdim: həm mənə dəstək olanları, həm də cənab Aleksandr Stoyanoglu səs verənləri. Mən sizin hamınız üçün prezident olmağıma söz verirəm. Ləyaqətli bir gələcək seçimizdə heç kim uduzmayacaq. Fərqli baxışlara malik ola bilərik, müxtəlif dillərdə danışa bilərik, amma hamımız uşaqlarımız üçün sülh, qarşılıqlı anlaşma və ləyaqətli həyat istəyirik," - deyə Sandu bazar ertəsi gecəsi keçirilən brifinqdə bildirib.